Quantcast
Channel: Laçın yurdu - Karabakhmedia.Az
Viewing all articles
Browse latest Browse all 23

Hacısamlı — Kəndlərimiz rubrikasından

$
0
0
Hacısamlı — Kəndlərimiz rubrikasından

Bu  vaxta  kimi   işıqlı dünyaya göz açdığım  Qasımuşağı obasının kəndləri ilə   bağlı  bir neçə  yazı yazmışam — yaxşı, ya  pis alındığını bilmirəm. Növbəti yazımda  isə obamızın kəndlərindən biri ilə  bağlı təəssüratlarımı,  ürək  sözlərimi,  təbii  ki,  müxtəlif qaynaqlara əsaslanaraq sizinlə bölüşmək qərarına gəldim. Bu dəfə ən qədim insan məskənlərindən biri, Şəlvə çayının sərin mehinin tumarladığı bir yaşayış məntəqəsi, Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində yerləşən Hacısamlı kəndindən söhbət açmaq istərdim.

Kəndin tarixi durumu; Kənd ərazidən keçən Şəlvə çayının sağ sahilində qərar tutmuşdur. Kənd ərazisinin ətrafında salınma tarixi çox-çox əvvəllərə gedib çıxan bir çox tikililər, məzarlıqlar mövcuddur. Hacısamlı kəndinin indiki ərazisi vaxtı ilə Qafqaz Albaniyasının bir hissəsi olan Xaçın məlikliyinin tərkibində olduğundan həmin ərazilərdə xristanlığa aid tikililərin qalıqlarına rast gəlinirdi.

Bu günkü həyatımızı elmin və texnikanın nailiyyətlərindən təcrid olunmuş halda düşünmək qeyri-mümkün olduğu kimi, onu keçmiş tariximizsiz də təsəvvür etmək çox çətindir. Elə bunu nəzərə alıb Hacısamlı kəndinin keçmişinə bir az işıq salmaq istərdim.

Hacısamlı yaşayış məntəqəsi Qarabağın Qaraçorlu tayfasının tərkibinə daxil olan Qasımuşağı tayfasına mənsub hacısamlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Bu gün bu tayfanın keçmişindən danışarkən belə nəql edirlər ki, bu kəndin (ətraf kəndlərin bir çoxuda daxiıl olmaqla) əsasını qoymuş tayfa üzvləri Hacı Sam İslam oğlu (bəzi mənbələrdə Hacı Sam Şadlı kimi qeyd edilir) adlı bir nəfərin törəməsidir. Hacısamlı yaşayış məntəqəsi öz adını da Hacı Sam İslam oğlunun adından alıb. Qeyd edək ki, öz əcdadlarının adını yaşadan və XVIII yüzildə Xorasanda, Məşhəd ətrafında ömür-gün sürən Hacı Sam İslam oğlu Müqəddəs Məkkəyi-Müкərrəmi ziyarət etmişdi. Həmin dövrdə Xorasanda yaşayan türk tayfaları köçəri həyat sürdüklərindən onlar yayda Zəngəzurdakı (indiki Laçın rayonunun ərazisindəki) yaylaqlara köç edərdilər. Qarabağ xanlığının təşəkkülü zamanı əslən oğuz türk tayfalardan biri olan Qasımuşağı qəbiləsinin hacısamlı tirəsi Qasımuşağı obasının ərazisində, indi Hacısamlı adlanan yurdda binə quraraq öz heyvandarlıq təsərüfatlarını saxlayaraq bu yurd yerini daimi yaşayış məntəqəsinə çevirmişlər.

Bu tayfanın üzvlərinin alicənablığı, igidliyi və qoçaqlığı Qarabağ xanı Pənahəli xana o qədər xoş gəlmişdi ki, Pənahəli xan özü təşəbbüs göstərərək bu ərazidə nahiyyə yaradılmasını qərara aldı. Nahiyyəyə Hacısamlı nahiyəsi adı verildi. Burada bəyliyin yaradılması Pənahəli xanın çox uzaqgörən siyasəti olmuşdur. Çünki Pənahəli xanın öz dövründə də, çox–çox bundan sonralar da bu bəyliyin Qarabağ ərazisinin qorunub saxlanmasında və xanlığın siyasi həyatında çox mühüm rolu olmuşdur.

Hacısamlı yaşayış məntəqəsinin sakinləri, yəni hacısamlılar bəyliyin süqutundan bir xeyli əvvəl qeyri-müəyyən səbəblər üzündən bu yaşayış məntəqəsini tərk etmiş, sonda kənd tam boşaldılaraq dağılıb məhv olmuşdur. Yaşayış məntəqəsini tərk edən hacısamlılar yaxınlıqdakı kəndlərdə yaşayan qohum-əqrabaya üz tutmadan Zəngəzura, Şərur-Dərələyəz mahalında yaşayan qohumlarının yanına köç edirlər.

Mənbələrin məlumatına görə, XVIII yüzilliyə qədər artıq hacısamlıların və kavanlıların bir hissəsi Zəngəzurda, Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsi olan Dərələyəz mahalında binə bağlamış, yer-yurd sahibləri idilər.
Hacısamlı — Kəndlərimiz rubrikasından

Kürdhacı kənd inzibati ərazi vahidinə daxil olan, amma Hacısamlı kəndinə çox yaxın ərazidə Şəlvə çayının sahilində Paşa bəy Sultanovun mülkü olmuşdur. Bu mülk çay sahilində yerləşdiyindən el arasında "Paşa bəyin çay evi" adlandırılırdı. Zəngəzura hücuma keçən XI Qızıl Ordu tərəfindən 23 iyul 1921-ci il tarixdə Sultan bəyin hərbi dəstələri tərkisilah edildi. 25 iyul 1921-ci ildə Sultan bəyin bütün mülkiyyəti, "Paşa bəyin çay evi"də daxil olmaqla müsadirə edildi. Çox keçmədən XI Qırmızı Ordu tərəfindən "Paşa bəyin çay evi" yandırıldı. Bir müddət sonra Kürdhacı kənd sakinləri tərəfindən həmin mülk yenidən bərpa edilərək şəxsi ev kimi istifadə edilmişdir. "Çay evi"nin qarşısında Şəlvəçayın kənarında salınmış böyük bağ isə müsadirə olunaraq kolxoz bağı (sonralar sovxoz bağı) kimi 1992-ci ilə qədər istifadə edilmişdir. 1992-ci ildə yaşayış məntəqəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən zanan "Paşa bəyin çay evi" yenidən yandırılaraq məhv edildi.

1941-1945-ci illərdə Kürdhacı kənd sovetliyi ərazisində yaşayan əhali və ətraf kəndlərin əhalisi maddi və mənəvi sıxıntı içərisində yaşayırdı. İkinci Dünya müharibəsinin sona çatmasına baxmayaraq Böyük Vətən Müharibəsinin acı nəticələri ilə yanaşı, kəndlərin əhalisi böyük çətinliklərlə üz-üzə qalmışdı. Bu çətinlik və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə Hacısamlı kəndində Böyük Vətən Müharibəsindən sonra 1940-cı illərin sonu, 1950-ci illərin əvvəli Azərbaycan Taxta Emalı Sənayesi Laçın Meşə Təsərrüfatı İdarəsinin nəznində ki, Hacısamlı Taxta Emalı Zavodu quraşdırıldı və işə salındı. Beləliklə, Hacısamlı kəndi yenidən bərpa olunmağa başladı. Taxta emalı zavodu fəaliyyət göstərdikdən sonra çox vaxt el arasında bu kənd "Taxta zavodu" və yaxud da sadəcə "Zavod" adlandırıldı.

Hacısamlı kəndi Qasımuşağı obasının digər yaşayış məntəqələrinə nisbətdə aşağıda, ərazidə ən iri çaylardan biri olan Şəlvə çayının sahilində qərar tutduğundan ətraf kəndlərin əhalisi arasında bir müddət Hacısamlı kəndi "Çay" adlandırılmışdır.

Kəndin mədəniyyəti; 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər Hacısamlı kəndində taxta emalı zavodu, orta məktəb, kitabxana, klub, kino qurğusu, mərkəzi aptek, çörəkbişirmə sexi, iki mağaza, tibb məntəqəsi fəaliyyət göstərmişdir.

Kəndin iqtisadi-ictimai həyatındakı müəyyən yüksəlişlər kəndin ərazisində "taxta emalı zavodu" fəaliyyətə tam başladıqdan sonra daha yaxşı hiss olunurdu. Taxta emalı zavodunun fəaliyəti ilə əlaqədar kəndin ərazisində fin evlər quraşdırılmışdır. Zavodun elektrik enerjisi ilə təmin olunması üçün Şəlvə çayı üzərində quraşdırılmış kiçik su generatorları Hacısamlı kəndini də elektirik enerjisi ilə tam təmin etmişdir. Bunun nəticəsində bu bölgə də elektrik enerjisi ilə təmin edilmiş ilk kənd Hacısamlı kəndi olmuşdur.

Kəndin digər kəndlərlə şose yolla əlaqə yaradılması üçün Şəlvə çayı üzərində körpü salınmışdır.
Hacısamlı kənd əhalisi digər bayramlardan fərqli olaraq Novruz bayramını xüsusi təntənə ilə qeyd edərdilər. Böyük çillənin gəlişi ilə "Xıdır Nəbi" oyunları başlayar, uşaqlar və cavanlar, "Təkə" bəziyər, yumurta döyüşər, xoruz döyüşdürər, müxtəlif xalq oyunları oynanardı. Təzə gəlinlərə, nişanlı qızlara, istəkli qohumlara xonçalar aparılar, bayram hədiyyələri verilərdi.

Hacısamlı kəndinin ərazisində Qafqaz Albaniyası dövrünə aid müxtəlif növ tikinti qalıqları, müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbiristanlığının qalıqları meşə sahələrinin altında qalmışdır.
Mənəvi sərvətlərimizi min bir yolla oğurlayan mənfur erməni qonşularımız Hacısamlı kəndi ərazisində olan müxtəlif tipli tarixi Alban abidələrini də müxtəlif yollarla, dəyişikliklər aparmaqla onları özününküləşdirməyə çalışmışdır.

Kəndin təbiəti; Hər bir yaşayış məntəqəsi özünəməxsus gözəlliyə malik olur. İnsanlar yurd yerlərini və yaşayış mənttəqələrini hər zaman insan yaşayışı üçün zəruri olan coğrafi mövqelərdə bina etməyə çalışardı. Bu nöqteyi-nəzərdən Hacısamlı kəndi ətraf kəndlərə nisbətən daha çox üstün cəhətlərə malik idi. Kənd Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən şose yolla 500 km qərbdə, rayon mərkəzindən şose yolla 50 km şimal-qərbdə, Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 110 km-dir.

Kiçik Qafqaz sıra dağlarında, Qarabağ silsiləsinin cənub-qərb yamacında, bol suyu olan Şəlvə çayının sahili boyunca uzanan bir ərazidə yerləşən Hacısamlı kəndi şimal-şərq və şərq tərəfdən Kürdhacı, cənub tərəfdən Xaçınyalı və Piçənis (Böyük kənd), qərb tərəfdən Bülövlük, şimal-qərb tərəfdən Qoşasu, şimal tərəfdən Daşlı kəndlərinin ərazisi ilə həmsərhəddir.
Hacısamlı — Kəndlərimiz rubrikasından

Kənd meşə və çay kənarında, uca dağlar qoynunda qərarlaşmışdır. Meşə massivində adı Qırmızı Kitaba düşmüş qırmızı palıd, közü gec sönən, həmişəyaşıl ardıc, çoxlu cır meyvə növləri və giləmeyvələr, çəmənlərində min bir dərdin dərmanı olan dərman bitkiləri bitir.

Hacısamlı kəndinin ərazisində olan ikinci çay Ərgoh adlanan kiçik çaydır. Öz başlanğıcını yaxınlıqdakı Qoşasu kəndinin ərazisndən götürən Ərgohun suyu iqlim şəraitindən asılı olaraq öz həcmini fəsillər üzrə dəyişərdi (artıb-azalar). Çayın suyundan bağ və bostanların suvarılmasında istifadə edilirdi.
Kəndin ərazisində hər yerin öz adı var idi: Arpa yeri, Çoban boğulan, Zəhərli yer, Çiçəyin körpüsü, Zeynalın şamı, Taxtalar (Üst taxta, Alt taxta), Yemişanlıq, Kömür yeri və digər yerlər. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bütün amillərə öz təsirini göstərir. Burada iqlim yayda sərin, qışda soyuq olur. Orta illik temperatur 02°C ilə 10°C dərəcə arasında dəyişir. Yağıntıların illik miqdarı 700-800 mm-ə qədər olur.

Camaatın ictimai həyatı; Hacısamlı kəndinin ilk sakinləri olmuş hacısamlılar İranda, Türkiyədə, Orta Asiyada da yaşamış və yaşayırlar. Hacısamlı kəndində "Taxta zavodu"nun fəaliyyətə başladığı vaxtdan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunana qədər yaşayış məntəqəsində yaşayışı bərpa edən insanlar ətraf kəndlərdən, Kürdhacı (Qurdqajı), Ərikli, Piçənis (Böyük kənd), Bülövlük, Hətəmlər və digər ətraf kəndlərdən köçüb burada məskunlaşan insanlardır. Həmçinin XVIII yüzilliyin sonu XIX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda baş vermiş təkmillətli Ermənistan respblikası yaratmaq məqsədi ilə oradan deportasiya edilmiş soydaşlarımızında bir hissəsi Hacısamlı kəndində məskunlaşmışlar.

Ermənistan Respublikasının Silahlı Qüvvələrinin işğalına qədər əhalisi azərbaycanlılardan (azərbaycan türklərindən) ibarət olmuşdur. Kənd əhalisinin az olmasına baxmayaraq onlar ətraf kəndlərdən buraya işləməyə gəlmiş . Kənddə qasımuşağı, seyidlər, hətəmlər, ümumiyyətlə ətraf kəndlərdən gəlmiş müxtəlif tayfa və tirələrdən olan insanlar məskunlaşdı.

XVIII yüzilliyin sonu XIX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda baş vermiş təkmillətli Ermənistan Respblikası yaratmaq məqsədi ilə oradan deportasiya edilmiş və ətraf kəndlərdə məskunlaşmış ailələr də Hacısamlı kəndində məskunlaşaraq burada yaşayan əhali ilə qaynayıb qarışmışlar.
2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 341 nəfər olmuşdur.

Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fateh Adil Calal oğlu Qasımov (1970-1992) olmuşdur.
Şair Maarif Köçkün 1960-cı ildə Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.

Xanəndə Ehtiram Hüseynov 1980-cı il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.

Əhalinin məşğuliyyəti; Yaşayış məntəqəsinin yerləşdiyi ərazidə təbii şəraitin əlverişli olması orada binə quran insanların həyat şəraitini yaxşılaşdırmasına yardımçı olmuşdur. Hacısamlı kəndi Qasımuşağı obasında qərar tutan digər obalara nisbətən dəniz səviyyəsindən hündürlüyünə görə xeyli aşağıda olduğundan yazın gəlişi ilk əvvəl bu kənddə hiss edilərdi. Kənddə əkin-biçin sahələrinin az olması səbəbindən kəndin iqtisadiyyatı zəif inkişaf etmiş, demək olar ki, əhali heyvandarlıqla məşğul olmurdu və ya çox az məşğul olurdu.

Kənd Şəlvə çayının sahilində yerləşdiyindən burada əməksevər əhali bostançılıq və bağçılıqla məşğul olurdu. Kəndin ərazisində digər meyvə bağları ilə yanaşı böyük qoz bağları var idi. Laçın rayon Meşə Təsərrüfatı İdarəsi tərəfindən meşələrdə cır meyvə ağacları calaq edilməklə yanaşı meyvə ağacları əkilmişdir. Kəndin bağ və bostanları arx vasitəsi ilə suvarılırdı. 1980-ci illərin axırında dəmir və plasmas borularla kəndə su çəkilmişdir. Hərdən Şəlvə çayından qarmaqla balıq ovu əhalinin istirahət və məşğuliyyət növlərindən biri idi.

Vaxtı ilə taxta-şalban istehsalı əhalinin işlə təmin olunmasında əsas yerlərdən biri olmuşdur. Taxta zavodunun burada fəaliyyət göstərməsi əhalinin taxta-şalban istehsalı ilə məşğul olmasına yönlənmişdir. Taxta zavodunun fəaliyyəti Hacısamlı kəndinin iqtisadiyyatı ilə yanaşı ətraf kəndlərin də iqtisadiyyatına xeyli kömək etmişdir. Belə ki, istehsal edilən taxta növləri əhali tərəfindən istifadə edilməklə yanaşı ətraf kəndlərdə yaşayan əhalinin də zavodda işlə təmin edilməsinə şərait yaranmışdır.

Kənddə Taxta-şalban istehsalı çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Heyvandarlıq və əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutmuşdur. Təbii biçənəklərin, meşə talalarının və əkinə yararlı sahələrin az olması burada heyvandarlığın və əkinçilik sahəsinin zəif inkişafına öz təsirini göstərmişdir.

Kəndin ərazisində sıx meşə zolağının mövcud olması odun istehsalına imkan yaradırdı. Əhəng daşı yandırmaq (istehsal etmək), eləcədə kömür istehsalıda bu kənddə əhalinin məşğuliyyət növlərindən idi. Meşələrdə təbii halda bitən bir çox cır meyvə ağacları ilə yanaşı hər bir həyətdə xüsusi bağlar salınmış, bostanlar becərilmişdir. Meyvələrin qurudulması qaydasını, ondan cürəbəcürə qış tədarükü hazırlanması üsullarını kənd əhalisi özlərinə dədə-baba sənəti sanmışlar. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilərdi. Bunlardan əlavə toxuculuq, arıçılıq, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindən olmuşdur.

Bu günü: 1950-ci illərdə kənddə vəziyyət getdikcə yaxşılaşmağa başladı. Artıq 1960-cı illərdə iqtisadi vəziyyət daha da yaxşılaşdı. Kənd elektirik enerjisi ilə təmin edilmişdir. 1970-ci illərdə bütün sahələrdə yüksəliş tam hiss olunurdu. 1980-ci illərdə kənddə vəziyyət olduqca yaxşılaşdı.
Heç vaxt azərbaycanlıların uğurlarını gözü götürməyən ermənilər fürsət gözləyirdilər. Nəhayət 1988-ci ilin əvvəllərindən Sovet imperiyasının zəifləməsindən yararlanan haylar "Böyük Ermənistan" iddiası ilə elan olunmamış müharibəyə başladı. Bir neçə il sonra, 1992-ci ilin may ayının 18-i günü artıq Laçın dəhlizi işğal edildi, rayonunun bütün ərazisi, o cümlədən, Hacısamlı kəndinin ərazisi döyüş meydanına çevrildi.

Hacısamlı kəndi 29 may 1992-ci il tarixə qədər özünümüdafiə dəstələri tərəfindən müdafiə olunsada, sonda Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən bu yaşayış evlərinin əksəriyyəti yandırıldı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən kənddə yaşayış yenidən bərpa edilsədə, 2 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonunun işğalından sonra mühasirədə qalan kənd sakinləri məcburən kəndi tərk etdilər. O gündən sonra erməni təcavüzünə məruz qalan kənd sakinləri də Azərbaycan Respublikanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşdı.

İşğal edilərək əhalisi pərən-pərən salınan Hacısamlı kəndi bu gün mənfur haylar tərəfindən "Vazgenaşen" adlandırıldı. Bəs görəsən kənd sakinlərinin günahı nə idi? Bilən tapılacaqmı? Bir çoxları kimi "onların müsəlman olması"nı söyləməklə məsələyə yekun vurmaq ən asan yol seçilə bilər. Lakin Hacısamlı — Kəndlərimiz rubrikasındanmənim şəxsi qənaətimə görə buna səbəb müxtəlif vaxtlarda etdiyimiz çoxsaylı yanlış əməllərin, uzaqgörənliyimizin zəifliyinin nəticəsidir! Bütün bu yanlışlıqları tam dəqiqləşdirə bilməsəm də, onu bilirəm ki, biz çalışmalıyıq ki, babalarmız, atalarımız və biz edən yanlışlıqları və ürəyiyumuşaqlığı bu günkü gənc nəsil təkrar etməsin! Çünki bu günün sabahı var!

Sultan HÜMBƏTOV
Laçın yurdu - №3(14), 2014-cü il, səh.11

Viewing all articles
Browse latest Browse all 23

Trending Articles


Məhərrəmlik Yazılı Şəkilləri (1)


Pendirli Keks Resepti


Cümə Günü Yazılı Şəkilləri (1)


Sardonik gülüş


Artikl


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (100)


"Xəmsə" - sualları


Tarixdən dərs nümunələri


Dünyanın en ilginç seks rekorları... Fotolar


Eşq yoxsa Ehtiras? (+18)


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Sevilməyən Sevənlər Yazılı Şəkilləri 2020 (12)


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


Xəmsə oyunu üçün suallar paketi


Bəzəkli hərflər