Quantcast
Channel: Laçın yurdu - Karabakhmedia.Az
Viewing all articles
Browse latest Browse all 23

Laçınla FOTOSÖHBƏT

$
0
0
Laçınla FOTOSÖHBƏT

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi ölkəmizin ən qədim insan məskənlərindəndir. Ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək nadir abidələrdəndir. Bununla yanaşı, rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.

Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olub.

Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub.

Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. Laçın sözü “məğrurluq” mənasını bildirir.

Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalıb. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olub, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşıb.

Karabakhmedia.az Modern.az saytına istinadən hazırda düşmən işğalında olan Laçının fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən laçınlı olan, Karabakhmedia.az saytının baş redaktoru Ramil Cəbrayıl şərh edib.

Sarı Aşığın abidəsinin açılışı
Laçınla FOTOSÖHBƏT

Laçın rayonu, Kommunist küçəsi
Laçınla FOTOSÖHBƏT

Ağoğlan məbədi
Laçınla FOTOSÖHBƏT

Tarix Diyarşünaslıq müzeyi - Fotoda soldan ikinci muzeyin direktoru Solmaz Məhərrəmova, rayon partiya komitəsinin II katibi Musa Musayev, ədəbiyyatçı alim, professor Mirəli Seyidov, raykomun katibi Bəsti Nəcəfova, professor Şirindil Alışanov, raykomun şöbə müdiri Kərəm Heydərov, şairə Tərlan Göyçəli, polis zabiti Oktay Sadıqov, rayon maliyə şöbəsinin müdiri Mirsiyaf Cabbarov, rayonun baş həkimi Elçin İsgəndərov və tanınmış şair Hüseyn Kürdoğlu.
Laçınla FOTOSÖHBƏT

Kürdhacı (Qurdhacı) kəndi - Xalq Qəhrəmanı Sultan bəy Sultanovun və Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun doğulduğu kənd
Laçınla FOTOSÖHBƏT

Sovet İttifaqi Qəhrəmanı Əvəz Verdiyevin abidəsi önündə
Laçınla FOTOSÖHBƏT

Həkəri çayı üzərində körpü
Laçınla FOTOSÖHBƏT

Qayğı qəsəbəsi (işğaldan əvvəl və sonra)
Laçınla FOTOSÖHBƏT

Hüsülü kəndində Həmzə Soltan sarayı (işğaldan sonra)
Laçınla FOTOSÖHBƏT

Laçın təbiəti
Laçınla FOTOSÖHBƏT

Fotoda Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, ittifaq əhəmiyyətli fərdi təqaüdçü, rayonun nüfuzlu ağsaqqallarından olan Hüseyn Abdulla oğlu Abdullayevin son mənzilə yola salınması əks olunmuşdur.
Laçınla FOTOSÖHBƏT

Seyidlər kəndində qədim körpü
Laçınla FOTOSÖHBƏT

Laçın rayonunun rəhbərliyi və müharibə veteranları 1941-45 ci illərin Böyük Vətənn müharibəsində sovet xalqının qələbesinə həsr edilmiş abidənin önündə.
Laçınla FOTOSÖHBƏT

Pircahan kəndində Məşədi Mehralı körpüsü
Laçınla FOTOSÖHBƏT

Varazqun məbədi
Laçınla FOTOSÖHBƏT

1974 cü ilin payızında Laçın şəhərinin salınmasının 50 illik yubileyi şənliklərinə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov gəlmişdi. Fotoda şəhər əhalisi ilə şəhərin baş meydanında görüşür. Və 1-ci Katib Muradxan cabbarov
Laçınla FOTOSÖHBƏT

Bozlu kəndi
Laçınla FOTOSÖHBƏT

Məlik Əjdər türbəsi
Laçınla FOTOSÖHBƏT

Ərdəşəvi kəndi - 701 -ci Briqada komandirinin gərargahı.
Laçınla FOTOSÖHBƏT

Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana Şərqiyyə Vəliyeva Nağdalı kəndində.
Laçınla FOTOSÖHBƏT

Laçınçayda yenicə fəaliyyət göstəməyə başlayan stadionda keçirilən tədbir zamanı
Laçınla FOTOSÖHBƏT

Laçın alayının komandiri Araif Paşayev əsgərlərlə birlikdə
Laçınla FOTOSÖHBƏT

Minkənd İstisu
Laçınla FOTOSÖHBƏT

Quşçu kəndində bulaq
Laçınla FOTOSÖHBƏT

Aşıq Umbay
Laçınla FOTOSÖHBƏT

Leninin abidəsi
Laçınla FOTOSÖHBƏT

Qarasaqqal sovməəsi - Ərikli kəndindən 2 km şimalda, Qarabəyli kəndindən təxminən 2,5 km cənubda yerləşir.
Laçınla FOTOSÖHBƏT

Malxələf kəndində qədim körpü
Laçınla FOTOSÖHBƏT

Xalq yazıçısı Süleymaqn Rəhimov və Şamil Əsgərov Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın məzarını ziyarər edərkən-1973-cü il
Laçınla FOTOSÖHBƏT

Köhnə mehmanxananın qarşısı
Laçınla FOTOSÖHBƏT

Ərikli kəndi
Laçınla FOTOSÖHBƏT

Laçın alayının əsgərləri Ana abidəsinin önündən keçərkən
Laçınla FOTOSÖHBƏT

Kino klub
Laçınla FOTOSÖHBƏT

Güləbird kəndi
Laçınla FOTOSÖHBƏT

1973-74 cü illər Laçında rayon partiya komitəsi binasının qarşısındakı bağçada iməclik.
Laçınla FOTOSÖHBƏT

Laçın şəhəri Bağca -1986-cı il.
Laçınla FOTOSÖHBƏT

Laçın rayon komsomol komitəsinin işçiləri.
Laçınla FOTOSÖHBƏT

Hacılar kəndi - 1980-ci il.
Laçınla FOTOSÖHBƏT

Soldan Qəzənfər Hüseynov, Zümrüd müəllimə, İsa Əhmədov, Xanlar Məmmədov, Surxay Qazaxov, Kamran Alışanov.
Laçınla FOTOSÖHBƏT

Alxasli kənd orta məktəbi.
Laçınla FOTOSÖHBƏT

XTPD-nin Laçın rayon bölməsi, komandir Rövşən Cavadov
Laçınla FOTOSÖHBƏT

Laçın- 1991-ci il.
Laçınla FOTOSÖHBƏT

Laçında əvvəllər mehmanxana olmuş, sonralar rayon rabitə qovşağının yerləşdiyi binanın qarşısındakı kiçik bağça.
Laçınla FOTOSÖHBƏT

Şeylanlı kəndi
Laçınla FOTOSÖHBƏT

Cəlal Cabbarlı və Mürsəl Şükürov . 1950 ci illər.Dağdağan bulağı
Laçınla FOTOSÖHBƏT

Soldan Əli Qarayev, Laçın polis şöbəsinin rəisi Akif Səlimov və Sakit Həsənov.
Laçınla FOTOSÖHBƏT

1941-45 abidə kompleksi
Laçınla FOTOSÖHBƏT

Laçın şəhərindən bir görünüş-1974-cü il
Laçınla FOTOSÖHBƏT

Mirik kəndi
Laçınla FOTOSÖHBƏT

Mişni kəndində el şənliyi
Laçınla FOTOSÖHBƏT

Laçın Tarix-Diyarşünaslıq Muzeyi
Laçınla FOTOSÖHBƏT

Tağım komandiri şəhid Vaqif Quliyev
Laçınla FOTOSÖHBƏT

Güləbird körpüsü
Laçınla FOTOSÖHBƏT

Laçın şəhəri
Laçın şəhəri
Laçınla FOTOSÖHBƏT

Sadınlar kəndində qədim alban məbədi
Laçınla FOTOSÖHBƏT

Minkənd istisuyu
Laçınla FOTOSÖHBƏT

Kürdhacı (Qurdqajı) kəndi
Laçınla FOTOSÖHBƏT

Ramil Cəbrayıl uşaqlıq illərində - Ələkçi kəndi
Laçınla FOTOSÖHBƏT


Qafar Ağayev

Viewing all articles
Browse latest Browse all 23

Trending Articles


Bəzəkli hərflər


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


WhatsApp Plus Aze Yukle


Artikl


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Bu xəbəri kişilər oxusun - Saqqallı, yoxsa saqqalsız?


Dəyərli Sözlər Yazılı Şəkilləri (25)


"Xəmsə" - sualları


Tarixdən dərs nümunələri


Dünyanın en ilginç seks rekorları... Fotolar


Cümə Günü Yazılı Şəkilləri (1)


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


5-ci siniflər üçün BSQ testləri


Dostluğa aid şəkillər - Foto (1)


Məhərrəmlik Yazılı Şəkilləri (1)


Eşq yoxsa Ehtiras? (+18)


Xəmsə oyunu üçün suallar paketi


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma